Haqqımızda

Minik avtomobillerin brendlenmesi (1)  IMG_0830  

  • “N-Advert” reklam şirkəti 2011-ci ildən çöl reklamlarının hazırlanması, avtomobillərin brendlənməsi və sərgi stendlərinin hazırlanması ilə məşğuldur. Reklam sahəsində dərin biliklərə və 15 ildən artıq təcrübəyə malik olan işçi heyəti ilə Sizin xidmətinizdədir. İş fəaliyyətində müştəri məmuniyyəti, yüksək keyfiyyət, innovativlik və kreativlik kimi prinsiplərə sadiq qalan şirkət, reklam sahəsində öndə gedən şirkətlərdəndir. Qeyd edilən prinsiplərə sadiqlik və operativlik sayəsində Azərbaycanda olan iri holdinq və şirkətlərlə daimi əməkdaşlığı bu gündə davam etməkdədir.
  • “N-Advert” şirkətinin reklam məhsulları Bakı ilə yanaşı Azərbaycanın bütün bolgələrində də nümayiş olunmaqdadır. Şirkətin hazırladığı promo məhsulları və sərgi stendləri Azərbaycanla yanaşı bəzi xarici ölkələrin sərgilərində də nümayiş olunmaqdadır.

   8.Bilbord, skroller, laytbokslarin icaresi (3)

Bizi seçməklə düzgün seçim etdiyinizin təstiqi olaraq aşağıdakıları sadalamaq olar:

  • İstifadə etdiyimiz yüksək keyfiyyətli materiallar (oracal, unifol, neschen, avery) üzərində dünya miqyasında ən məşhur DGİ, Roland, Flora, Allwin və Mimaki kimi böyükformatlı çap aparatlarında çap işləri;
  • 300 dpi – 1440 dpi qədər yüksək keyfiyyətdə reklamların çap olunması;
  • Yüksək ixtisaslı, 15 ildən artıq iş təcrübəsinə malik, işçi heyəti;
  • Zövqlü, kreativ və müasir dizaynların hazırlanması;
  • Operativlik;
  • Yüksək keyfiyyət və zəmanət.