Yüksək keyfiyyətli, böyükformatlı çap işləri

Müasir genişformatlı çap, son zamanlar ən güclü reklam vasitələrindən birinə çevrilib. İrihəcmli rəngli plakatlar, gözəl posterlər, diqqəti cəlb edən bilbordlar, informativ banerlər – bütün bunlar genişformatlı çap məhsullarına aiddir.

Genişformatlı çapın tətbiq sahəsi bilavasitə potensial istifadəçilərin yaxınlığında yerləşdirilən kiçik posterlərin hazırlanmasından başlayaraq uzaqda quraşdırılan nəhəng formatların istehsalını əhatə edir.

Genişformatlı çap 2 növdə olur : açıq havada və iç məkanlarda istifadə üçün. Birinci təqdirdə tamrənglli genişformatlı eksteryer capı, əsasən, küçə reklamı daşıyıcıları kimi istifadə edilir –  onlar, bir qayda olaraq, geniş formatda olur. İkinci variantda isə (genişformatlı interyer çapı) onun tətbiq sahəsi daha genişdir.

Bizə müraciət edib, çox sərfəli qiymətlərlə genişformatlı çapın istənilən növünü sifariş edə bilərsiniz – istər eksteryer, istər interyer üçün. Özü də ən müxtəlif materialların üzərində, o cümlədən, baner setkası, baner parçası, özüyapışan plyonka, kağız, fotokağız, eləcə də kətanın üzərində çap və başqa növ genişformatlı məhsullar.

İstər eksteryer, istərsə də interyer çapı, solvent mürəkkəblərlə hazırlandığından açıq havada istifadə olunmaq üçün yararlıdır.

Bakıda bizim genişformatlı çapın tətbiq sahəsi çox genişdir : genişformatlı küçə reklamının təşkili, magistral lövhələr, brandmauerlər, banerlər, işıqlı qutuların istehsalı, eləcə də sərgilərin, mağaza vitrinlərinin tərtibatı, etiketlərin, çertyocların, lövhələrin çapı və digər genişformatlı məhsullar.